57 faiz əcnəbi
13.08.2009 - 16:22
57 faiz əcnəbi
Zaqatalanın “Simurq” klubunun əsasını əcnəbilər təşkil edir. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata gözə, Premyer liqada iştirak üçün sifariş ərizəsini verən zaqatalalıların 21 oyunçusundan 12-si legionerdir. Təxminən 57 faizi gəlmələrdən ibarət olan “Simurq”da 6 ukraynalı, 4 gürcüstanlı ilə yanaşı, Latviya və Bolqarıstanın hərəsindən bir futbolçu yer alıb. Ukraynalı baş məşqçi Roman Pokoranın sərəncamında ümumilikdə 2 qapıçı, 8 müdafiəçi, eyni sayda yarımmüdafiəçi və 3 hücumçu yer alacaq.

Qapıçılar: 1. Taras Çopik (02.02.1972), 88. Rauf Mehdiyev (17.10.1976).

Müdafiəçilər: 3. Rasim Ramaldanov (24.01.1986), 4. Aleksandr Malıgin (27.11.1979), 5. Sergey Sokolov (12.08.1977), 11. Rüstəm Məmmədov (14.08.1984), 17. Kaxaber Çxetiani (24.02.1978), 19. Yuri Bulıçev (12.10.1982), 2. Teymiraz Qonqadze (21.05.1980), 32. Andrey Sokolenko (08.06.1978).

Yarımmüdafiəçilər: 15. Tural Cəlilov (28.11.1986), 18. David Bolkvadze (05.06.1980), 25. Ramil Sayadov (11.07.1983), 8. Ruslan Qunçak (09.08.1979), 88. Camal Məmmədov (26.12.1983), 23. Roman Axalkatsi (20.02.1980), 24. Vüsal Qarayev (08.07.1986), 5. Gennadi Solonitsın (03.01.1980).

Hücumçular: 9. Elşən Məmmədov (04.05.1980), 14. Sergey Artyux (29.07.1985), 21. Nikolay Petrov Valev (24.04.1981).
0