Narkotik istifadə etdiyinə görə cəzalandırıldı
13.08.2009 - 16:33
Narkotik istifadə etdiyinə görə cəzalandırıldı
“Vest Bromviç” klubunun futbolçusu Roman Bednarj 3 ay müddətinə diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, hücumçu narkotik maddənin alqısında, saxlanılmasında və istifadəsində günahlandırılır.

Bu ittihamdan xəbər tutan klub rəhbərliyi Bednarjı mayın 17-də məşqlərdən və oyunlardan kənarlaşdırıb. İngiltərə Futbol Assosiasiyası cəza müddətinin məhz mayın 17-dən hesablanmasını qərara alıb. Beləliklə, Roman 4 gündən sonra İngiltərə çempionatında iştirak edə bilər.

Xatırladaq ki, yazda 26 yaşlı futbolçu marixuana əldə edərkən, jurnalistlər tərəfindən yaxalanmışdı və bunu əks etdirən şəkillər də mətbuat yayımlanmışdı.
0