Elxan Məmmədov: Sabah limit məsələsində qızğın müzakirələr olacaq
13.08.2009 - 16:40
Elxan Məmmədov: Sabah limit məsələsində qızğın müzakirələr olacaq
Sabah AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplantının gündəliyində duran əsas məsələ legioner limiti ilə bağlıdır. Komitə üzvləri əcnəbi futbolçularla bağlı fikir mübadiləsi aparıb, qərar verəcəklər.

AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına açıqlamasında limitin dəyişəcəyinin istisna olmadığını vurğulayıb: “2010/11 mövsümü üçün legioner limit dəyişə bilər. İndidən deyə bilərəm ki, sabah iclasda bununla əlaqədar qızğın müzakirələr gedəcək”.

Hazırda Azərbaycan Premyer Liqasında əcnəbi futbolçulara heç bir məhdudiyyət qoyulmayıb. Yəni, istənilən klub oyun ərzində maksimum, 18 legionerin xidmətindən yararlanmaq hüququna malikdir.

Sabah saat 11:00-da başlanacaq İK-nın gündəliyi:

1.
19 yaşadək (1991-92-ci il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatının keçirilməsi. U-19 liqasının yaradılması.
2. 15 yaşadək (1995-96-cı il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatının keçirilməsi. U-15 liqasının yaradılması.
3. 13 yaşadək (1997-98-ci il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatının keçirilməsi. U-13 liqasının yaradılması.
4. Tələbə liqasının yaradılması.
5. Legioner limitinin müzakirəsi (2010/11 mövsümü üçün).
6. Lisenziyalaşdırma ilə bağlı hesabat.
7. Digər məsələlər.
0