“Olimpik-Şüvəlan”: qonşudan qalma dala
13.08.2009 - 17:49
“Olimpik-Şüvəlan”: qonşudan qalma dala
“Muğan”, “İnter”, “Neftçi”, “Xəzər-Lənkəran”, “Karvan” və “Simurq”un ardından Bakının “Olimpik-Şüvəlan” klubu da XVIII Azərbaycan Premyer Liqasının iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi 23 futbolçunu sifariş edə bilib. Baş məşqçi Əsgər Abdullayev adı siyahıya düşən 2 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçuya güvənə bilər.

10 müxtəlif ölkədən legioneri olan “Olimpik-Şüvəlan” 11 gəlməyə heyətində yer verib. Braziliya, Belarus, Belçika, Serbiya, Gürcüstan, Fransa, Latviya, Nigeriya və Rusiyanın hərəsindən bir, Moldovadan iki oyunçu bakılılara kömək edəcək. Lakin əcnəbilərlə bağlı bəzi məqamlar diqqət çəkir. Milliləşən nigeriyalı Usim Nduka Azərbaycan vətəndaşı kimi qeyd olunub. Bundan başqa gürcü Ramaz Cabnidze Rusiya, qvineyalı Abdul Kamara Fransa, türk Ender Günlü Belçika pasportuna malik olduğundan, həmin ölkə təmsilçisi kimi göstərilib.

Qapıçılar: 1. Elşən Poladov (30.11.1979), 12. Cahangir Həsənzadə (04.08.1979).

Müdafiəçilər: 3. Usim Nduka (23.03.1985), 2. Sergey Laşenkov (24.03.1980), 5. Dos Santos Klaudiano (07.10.1981), 11. Draqan Mandiç (10.12.1976), 8. Füzuli Məmmədov (08.09.1977), 4. Roman Qoqinaşvili (23.01.1984).

Yarımmüdafiəçilər: 22. Günlü Ender (09.05.1984), 6. Abdul Kamara (18.03.1982), 19. Artyom Vaskov (21.10.1988), 14. Vasif Haqverdiyev (15.10.1978), 7. Aqil Nəbiyev (16.06.1982), 21. Namiq Əliyev (29.09.1980), 17. Tərlan Xəlilov (27.08.1984), 24. Nikolay Kozaçuk (07.08.1985), 15. Hüseyn Axundov (30.04.1988), 18. İlqar Qurbanov (26.04.1986).

Hücumçular: 9. Anatoli Doroş (21.03.1983), 13. Nəriman Əzimov (29.09.1986), 16. Ramaz Cabnidze (25.11.1979), 23. Viktor İbekoi (01.09.1986), 20. Ramin Nəsibov (20.11.1979).
0