İki litvalının başı bir qazanda qaynamadı
13.08.2009 - 17:56
İki litvalının başı bir qazanda qaynamadı
Yevlaxın "Karvan" klubu daha bir futbolçunu heyətinə cəlb edib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, litvalı müdafiəçi Edvinas Lukoşeviçyus yeni mövsümdən Yunis Hüseynovun başçılığı altında oynayacaq. Son il yarım ərzində “Standard”ın uğurları üçün çalışan legionerlə bir illik müqavilə imzalanıb.

Edvinas dəfələrlə kapitan sarğısını daşıdığı “Standard”ın heyətində Premyer Liqa tarixində ən çox oyun keçirən 3 futbolçuda biridir. İndiyədək ölkə çempionatında 35 matçda 1 qol vuran müdafiəçi “Standard”dakı oyun sayında Ruslan Əmircanov (42) və Anxel Qutyerresdən (37) geri qalır.

Həmyerlisi Valdas İvanauskasın “Standard”a baş məşqçi təyin olunmasından sonra onun burada qalacağı gözlənilirdi. Lakin iki litvalının – baş məşqçi və müdafiəçinin əməkdaşlığı alınmayıb və sonda Lukoşeviçyus “Karvan”la anlaşıb.
0