Rusiya yığmasının kapitanı: Açığı, Azərbaycana ümid edirdim...
13.08.2009 - 18:48
Rusiya yığmasının kapitanı: Açığı, Azərbaycana ümid edirdim...
“Azərbaycan milli komandası ilə qarşılaşan Almaniya yığmasının növbəti qələbəsini qazanması əvvəlcədən gözlənilən idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Andrey Arşavin deyib.

Londonun “Arsenal” klubunun da şərəfini qoruyan gənc hücumçu dünən Argentina ilə yoldaşlıq görüşündə (2:3) iştirak edib. Milli komandada kapitan sarğısını daşıyan Arşavin oyun vaxtı ürəklərinin Bakıda, Azərbaycan yığmasının yanında olduğunu etiraf edib: “Açığı, Azərbaycan yığmasına ümid edirdim. Onların Almaniyadan xal ala biləcəyini düşünürdüm. Amma belə olmadı və almanlar Bakını qələbə ilə tərk etdilər. Nə olar, indi hər şey öz əlimizdədir. Deməli, öz işimizi elə özümüz də həll etməliyik”.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin Avropa zonasının 4-cü qrupuna Azərbaycan yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəlmiş Almaniya liderlik edir. Bundestim qrupda bir matç az keçirən Rusiyanı 4 xal qabaqlayır.
0