İldırım 16 yaşlı futbolçunu öldürdü
13.08.2009 - 19:09
İldırım 16 yaşlı futbolçunu öldürdü
Rusiyanın Xabarovsk vilayətində ildırım vurması nəticəsində 16 yaşlı futbolçu ölüb. Apasport.az saytının məlumatına görə, dünyasını dəyişən yeniyetmə “Energiya” Uşaq İnkişaf Mərkəzinin yetirməsidir. İldırım onu stadionda məşq etdiyi vaxt vurub və futbolçu yerindəcə keçinib.

Xabarovsk Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, gün ərzində ildırım daha 10 nəfəri vurub: “Bunlardan ikisi xəstəxanaya yerləşdirilib, qalanları isə evə buraxılıb”. Həmin iki nəfərin vəziyyəti normal q iymətləndirilir.
0