Medvedevlə Putin pivə içib, futbola baxdı - FOTO
13.08.2009 - 18:53
Medvedevlə Putin pivə içib, futbola baxdı - FOTO
Avqustun 12-də Rusiya və Argentinanın futbol yığmaları arasında keçirilən yoldaşlıq görüşünü Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin də izləyiblər. Apasport.az saytının Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkə rəhbərləri matça Moskvanın “Lokomotiv” stadionunda deyil, Soçidə kafelərin birində baxıblar.

Yoldaşlıq oyununu maraqla izləyən Medvedev və Putin bu zaman kafedə pivə də sifariş veriblər. Müşahidəçilər bunu ABŞ prezidenti Barak Obamanın tez-tez hamburger yemək üçün xalq arasına çıxması ilə müqayisə edirlər.

Qeyd edək ki, bu matçda Rusiya 2:3 hesabı ilə uduzub.
0