“Xəzər-Lənkəran” fanatlarının nəzərinə: Bu gün beşin yarısında
14.08.2009 - 09:55
“Xəzər-Lənkəran” fanatlarının nəzərinə: Bu gün beşin yarısında
Bu gün “Xəzər Lənkəran” rəhbərliyi azarkeşlərlə görüşəcək. Apasport.az saytının məlumatına görə, klub rəsmiləri fanatlara məşqçilər və futbolçular heyətini təqdim edəcək. Saat 16:30-da başlanacaq təqdimat mərasimi “Xəzər-Lənkəran”ın stadionunda olacaq.

Görüş zamanı oyunçular bir-bir azarkeşlərin önünə çıxaraq, onlara ehtiramlarını bildirəcəklər. Komandanın yeni mövsümdə azarkeşlərinə ilk sürprizinin də bu mərasimdə təqdim olunacağı planlaşdırılıb.
0