“Bazel” - “Bakı” matçını 31 yaşlı hakim idarə edəcək
14.08.2009 - 10:27
“Bazel” - “Bakı” matçını 31 yaşlı hakim idarə edəcək
“Bakı” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki cavab oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveçrənin “Bazel” klubu ilə avqustun 27-də məşhur “Sent Yakob Park” stadionunda keçiriləcək qarşılaşma estoniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi 2006-cı ildən FİFA referisi dərəcəsini daşıyan 31 yaşlı Hannes Kaasik olacaq. Ona həmyerliləri Marko Leevand, Dmitri Vinoqradov və Eyko Saar kömək edəcək. Bakı vaxtı ilə saat 22:30-da başlanacaq matçda UEFA nümayəndəsi funksiyasını Con Makbet yerinə yetirəcək.

Maraqlıdır ki, “Bakı” və “Bazel” arasında cavab görüşünün hakimləri bilindiyi halda, avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk qarşılaşmanın ədalət təmsilçilərinin adları açıqlanmır.
0