Futbol yığmalarımızın ümumi bəlası
14.08.2009 - 10:50
Futbol yığmalarımızın ümumi bəlası
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) növbəti oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Belarusda təlim-məşq toplanışında olan yığmamız ikinci yoxlama matçında da qol vura bilməyib.

İlk görüşdə MTZ-RİPO klubunun əvəzedici heyəti ilə qolsuz heç-heçə edən Bernard Lippertin yetirmələri bu dəfə Belarus U-19-na minimal hesabla uduzub. Minskin “Olimpiyski” İdman-Sağlamlıq Mərkəzinin stadionunda gerçəkləşən qarşılaşmanın 74-cü dəqiqədə buraxılan qol nəticəsində milli komandamız məğlub olub.

U-19 növbəti yoldaşlıq görüşü çərçivəsində avqustun 15-də yenə Belarus yığması ilə üz-üzə gələcək.
0