“İnter” və “Simurq” arasında rəsmi müqavilə bağlandı
14.08.2009 - 10:59
“İnter” və “Simurq” arasında rəsmi müqavilə bağlandı
Zaqatalanın "Simurq" klubu ilə paytaxt "İnter"i arasında rəsmi müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, anlaşmaya əsasən, Bakı təmsilçisi qapıçı Fuad Əhmədovu əyalət təmsilçisinə icarəyə verib.

21 yaşlı futbolçu 2010-cu ilin yayınadək icarə əsasında “Simurq”un şərəfini qoruyacaq. “İnter”in əsas heyətinə düşməkdə çətinlik çəkən Əhmədov “Simurq”un əvəzedici komandasının iştirak ərizəsinə salınıb.
0