Almaniyalı məşqçi: Azərbaycan milli komandasının gücü artır
14.08.2009 - 11:04
Almaniyalı məşqçi: Azərbaycan milli komandasının gücü artır
“Belarusa uduzduğumuz matç U-19-un indiyədək izlədiyim qarşılaşmaları arasında ən yaxşısı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının (U-19) baş məşqçisi Bernard Lippert deyib.

Belarusun paytaxtı Minskdə yerli U-19-a minimal hesabla uduzan yığmamızın almaniyalı çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında yetirmələrindən razı qaldığını bildirib: “Komanda qol buraxana qədər çox yaxşı çıxış etdi. Onlar meydanda ağıllı oyun göstərirdilər, futbolçuların hərəkətlərində ideya var idi. Amma hücumda həlledici ötürməni vermək, son nöqtəni qoymaq heç cür alınmadı. Bununla belə, qeyd etməliyəm ki, toplanışdan-toplanışa komandamızın gücü artır”.
0