“Azərbaycan və Yunanıstan yığmalarının oyun üslubu eynidir”
14.08.2009 - 11:12
“Azərbaycan və Yunanıstan yığmalarının oyun üslubu eynidir”
“Azərbaycan və Yunanıstan milli komandalarının oyun üslubu bənzərdir. Ellada təmsilçisi seçmə turnirdə rəqibimiz olduğundan, yoldaşlıq görüşündə onlara uyğun komanda ilə qüvvəmizi sınadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Pyotr Mixeyev deyib.

Azərbaycan yığması ilə Minskdə keçirilən yoldaşlıq oyununda 1:0 hesabı ilə qalib gələn meydan sahiblərinin çalışdırıcısı qarşılaşma haqda bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına bildirib: “Azərbaycan yığması fədakarcasına oynadı, futbolçular fiziki cəhətdən çox yaxşı hazırlaşıblar. Düzdür, 1 qol vursaq da, ümumilikdə, oyun bərabər səviyyədə keçdi. Azərbaycan komandasının orta xətti daha güclüdür və bu oyunda yetirmələrim çox çətinlik çəkdilər”.
0