Premyer Liqada əvəzolunmaz futbolçu kimdir?
14.08.2009 - 11:28
Premyer Liqada əvəzolunmaz futbolçu kimdir?
Sumqayıtın “Standard” klubunun qapıçısı Anar Nəzirov qışadək Azərbaycan Premyer Liqasında əvəzolunmaz futbolçu olmağa yaxındır. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 24 yaşlı Nəzirov “gənclik şəhəri” təmsilçisinin yeganə əlcək sahibidir.

Yeni mövsümün iştirak ərizəsini PFL-ə təqdim edən “Standard”ın 16 nəfərlik futbolçu siyahısında Anarın alternativi yoxdur. Yeganə qapıçı ilə yanaşı sumqayıtlılar 5 müdafiəçi, 8 yarımmüdafiəçi və 2 hücumçunu da sifariş ediblər. Heyətində 7 legioner olan komandada gürcüstanlılar daha çoxdur - 4 nəfər. Litvalı mütəxəssis Valdas İvanauskasın sərəncamında Braziliya, Uruqvay və ekzotik Kabo-Verdedən bir legioner yer alıb.

Qapıçı: 12. Anar Nəzirov (08.09.1985).

Müdafiəçilər: 77. Ramin Quliyev (22.06.1981), 4. Levan Silaqadze (04.08.1976), 5. David Çiçveişvili (23.10.1975), 3. Orbeladze Serqi (01.05.1982), 17. Oleq Qvelesiani (16.09.1980).

Yarımmüdafiəçilər: 50. Riçard Rekelme (06.09.1980), 30. Eduardo Fernandes (21.08.1977), 25. Samir Zərgərov (29.08.1986), 14. Zeynal Zeynalov (06.12.1979), 7. Rəcəb Fərəczadə (19.12.1980), 9. Murad Ağakişiyev (13.06.1985), 11. Aqil Məmmədov (12.04.1972), 28. Vasif Əliyev (06.08.1986).

Hücumçular: 86. Fərid Quliyev (06.01.1986), 99. Rodriqo Silva (16.11.1982).
0