Əsmər gözəlçənin iddiası - FOTOSESSİYA
14.08.2009 - 15:33
Əsmər gözəlçənin iddiası - FOTOSESSİYA
İngiltərənin “Liverpul” klubunun futbolçusu Stiven Cerrardın həyat yoldaşı Aleks Kirounun xoş günlərinə son qoyulub. Apasport.az saytının məlumatına görə, özünü mersisaydlıların ən gözəl qadını sayan xanımı bundan sonra güclü rəqabət gözləyir.

İndiyədək İngiltərə Premyer Liqasında yalnız bir qadın - Robbi Kinin həyat yoldaşı Klodin Kin ara-sıra Alekslə müqayisə olunurdu. Artıq britaniyalılar Cerrardın zövqünü kölgədə qoyan daha bir “Liverpul”lunun olduğunu iddia edirlər. Belə ki, bu yaxınlarda Liverpul təmsilçisinə transfer edilən italiyalı Alberto Akvilani sevgilisi Mikela Kvattroçokkeni də özü ilə “Dumanlı Albion”a aparıb.

Mikela “Sevgiyə görə bağışla” filmi ilə məşhurlaşıb. Özü də o, sarışın Aleksdən fərqli, əsmərdir. 20 yaşlı italiyalı gözəlçə cazibədarlığı ilə də seçilir. Beləliklə, “Liverpul”un futbolçularının xanımları arasında kimin ən gözəl olduğunu demək artıq qeyri-mümkündür.
0