Zeynal Məmmədov: Limit məsələsi ilə bağlı şəxsi fikrim də var
14.08.2009 - 15:49
Zeynal Məmmədov: Limit məsələsi ilə bağlı şəxsi fikrim də var
“AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına hörmətlə yanaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən il çempion olmuş komandanın rəsmisi legioner limitinin qəbul olunması barədə qərarın bir az tez qəbul olunduğunu düşünür: “Limit məsələsi ilə bağlı şəxsi fikrim də var. Mənə elə gəlir ki, AFFA heç olmasa, 2 il gözləməli idi. İndi “Bakı” ilə yanaşı, “Neftçi”, “İnter”, “Qarabağ”ın uşaq komandalarında yaxşı futbolçular var. 1994-97-ci il təvəllüdlü uşaqlar yetişir. Həmin uşaqların böyüməsi üçün 2-3 il vaxt lazım idi. Bu müddətədək hər klubdan 1-2 futbolçu həm öz komandalarına, həm də milli komandaya xeyir verə biləcək səviyyəyə çatardı”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün legionerlər üçün “8+3” limitinin tətbiq olunması barədə qərar verib.
0