Polkovnik-leytenant “Simurq”da
14.08.2009 - 15:56
Polkovnik-leytenant “Simurq”da
Zaqatalanın "Simurq" klubunun İdarə Heyətində dəyişiklik baş verib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, icraçı-direktor vəzifəsinə Zakir Zəkiyev təyin olunub. 48 yaşlı Zəkiyev SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandirlər Məktəbini bitirib. 25 il hərbi fəaliyyət göstərib, hazırda istefada olan polkovnik-leytenantdır.

“Simurq”un yeni rəsmisi son 1 ildə Peşəkar Futbol Liqasının Ümümi və Kadrlar işləri qrupunun rəhbəri vəzifəsində çalışıb. Zəkiyevdən başqa, Vasif Əliyev “Simurq”un hüquqşünası vəzifəsində işləyəcək.
0