Premyer Liqa avtoqolla başladı
14.08.2009 - 18:50
Premyer Liqa avtoqolla başladı
Bu gün Azərbaycan futbol çempionatının 2009/10 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ilk matçı Salyanda baş tutub. Açılış oyununda “Muğan” “Standard”la qarşılaşıb.

Çempionatın startında “Muğan” qələbəyə sevinib. Kamal Alispahiçin komandası minimal hesablı qələbə qazanıb. Yeganə qolu 57-ci dəqiqədə Oleq Qvelesiani öz qapısına vurub. “Standard”l müdafiəçisi adi epizodda qapıçıya ötürmə verib, lakin qapıçı topun qarşısını ala bilməyib. Beləliklə, 2009/10 mövsümünün ilk qolu avtoqol kimi tarixə düşüb.

Birinci turun digər qarşılaşlamaları avqustun 15-16-da keçiriləcək.




14 avqust

18:00. "Muğan" - "Standard" - 1:0
Qol: Oleq Qvelesiani, 57 (avtoqol)

Hakimlər: Anar Salmanov, Azər Əsgərov, İlham Əliyev, Azad Mütəllimov
Hakim-inspektor: Səfər Haşımov
AFFA nümayəndəsi: Bəşir Əliyev
Salyan Olimpiya Kompleksinin stadionu
0