Vasilyev “Karvan”da oynayacaq
14.08.2009 - 17:18
Vasilyev  “Karvan”da oynayacaq
Yevlaxın “Karvan” klubu sabah Premyer Liqada keçirəcəyi ilk oyun ərəfəsində daha 5 futbolçunu transfer məsələsini həll edib. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, quruma təqdim olunan iştirak ərizəsində dünənədək yalnız 14 oyunçunu qeydiyyatdan keçirən yevlaxlılar siyahını genişləndirib.

Hər mövqeni gücləndirən “Karvan”ın yeni oyunçularının hamısı legioner olsa da, onlardan biri milliləşən futbolçudur. Braziliyalı Ernani Pereyradan başqa, klub Tunis, Kot-d’İvuar, Rusiya və Litvadan bir oyunçuya da bel bağlayacaq. Bununla da, 19 futbolçu sifariş etmiş “Karvan”ın əcnəbilərinin sayı 10-a, milliləşən legionerlərin sayı isə 3-ə çatıb.

“Karvan” klubunun sifariş etdiyi yeni futbolçular:

Qapıçı:
16. İvan Vasilyev (31.01.1991).
Müdafiəçilər: 23. Edvinas Lukoşeviçyuc (22.05.1978), 12. Ernani Pereyra(22.01.1978).
Yarımmüdafiəçi: 14. Bəşir Müqədi (08.11.1978).
Hücumçu: 15. Yakuba Bamba(16.12.1975).
0