Boskçularımız mübarizəyə başlayır
14.08.2009 - 18:23
Boskçularımız mübarizəyə başlayır
Sabah Polşanın Seçin şəhərində boks üzrə gənclər arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində Azərbaycanı 9 idmançı təmsil edəcək.

Çempionatda Elvin Məmişzadə (48 kq), Elnur Zeynalov (51 kq), Elvin İsayev (54 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emin Əhmədov (69 kq), Murad Ağamalıyev (75 kq) və Fərid Paşayev (+91 kq) qüvvəsini sınayacaq. Bir həftə davam edəcək yarışda ümumilikdə 35 ölkə təmsilçiləri mübarizə aparacaqlar.
0