“Simurq” klubunun ala bilmədiyi futbolçu “İnter”lə anlaşdı
14.08.2009 - 23:00
“Simurq” klubunun ala bilmədiyi futbolçu “İnter”lə anlaşdı
Paytaxtın "İnter" klubu heyətinə daha bir legioner futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, bu 28 yaşlı latviyalı hücumçu Girts Karlsonsdur. Son mövsümü Latviyanın Liyepaya şəhərinin "Metallurq" klubunda keçirən Karslons 14 oyuna 9 dəfə fərqlənib. Futbolçu "İnter" klubunun heyətində 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Karlsons avroliqa oyunları öncəsi “Simurq”a baxışa gəlmişdi.
0