Rəşad Sadıqovun oynayacağı komanda bəlli oldu
14.08.2009 - 22:46
Rəşad Sadıqovun oynayacağı komanda bəlli oldu
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun oynayacağı klub axır ki bəlli olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçinin Türkiyə komandalarından birinə keçəcəyi barədə xəbərlər dolaşsa da, Sadıqov karyerasını ölkədə davam etdirmək məcburiyyətində qalıb.

Belə ki, Rəşad Ağdamın “Qarabağ” klubu ilə 1 illik müqavilə bağlayıb. Bununla belə, futbolçu zədə ucbatından yaxın 1 ay ərzində meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Sadıqovun “Qarabağ”da oynayacağı barədə ilk xəbəri apasport.az saytı yazıb.
0