Finlandiya yığmasını 15 dəqiqə görmək olar
26.08.2009 - 13:46
Finlandiya yığmasını 15 dəqiqə görmək olar
Lənkəranda Finlandiya milli komandasının açıq məşqçi olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşacaq skandinaviyalılar bir gün əvvəl - sentyabrın 4-də oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda məşq keçəcək. Saat 19:45-də başlanacaq bu hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, sentyabrın 5-də Lənkəranda keçiriləcək Azərbaycan – Finlandiya oyunu saat 20:00-da başlayacaq.
0