Yari Litmanen Lənkəranda
26.08.2009 - 14:27
Yari Litmanen Lənkəranda
Finlandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq skandinaviyalıların baş məşqçisi Stüart Bakster sentyabrda keçiriləcək oyunlara 22 futbolçu çağırıb. Çalışdırıcı sentyabrın 5-də Lənkəranda yığmamızla, 4 gün sonra isə Lixtenşteynlə görüşlərə aparıcı futbolçularını, o cümlədən fin futbolunun kralı sayılan Yari Litmaneni də dəvət edib.

Qapıçılar: Yussi Yaskelaynen (“Bolton”, İngiltərə), Otto Fredrikson (“Lillestrom”, Norveç)

Müdafiəçilər: Veli Lampi, Hannu Tihinen (hər ikisi “Sürix”, İsveçrə), Sami Hyuyupya (“Bayer”, Almaniya), Petri Pasanen (“Verder”, Almaniya), Niklas Moisander (“Alkmar”, Hollandiya)

Yarımmüdafiəçilər: Markus Heykkinen (“Rapid”, Avstriya), Timu Taynio (“Sanderlend”, İngiltərə), Roman Yeryomenko (“Dinamo”, Ukrayna), Yonas Kolkka (“Breda”, Hollandiya), Roni Porokara (“Erebru”, İsveç), Tim Sparv (“Halmstad”, İsveç), Perparim Hetemaj (AEK, Yunanıstan), Daniel Syolund (“Dyurgarden”, İsveç), Aleksey Yeryomenko (“Metallist”, Ukrayna), Kasper Hyamalaynen (TPS), Şefki Kuqi (“Koblenz”, Almaniya)

Hücumçular: Mikael Forssell (“Hannover”, Almaniya), Conatan Yohansson (“Hibernian”, Şotlandiya), Yari Litmanen (“Laxti”), Berat Sadik (“Arminiya”, Almaniya).