“Bazel” “Bakı”ya, “Tvente” “Qarabağ”a yerini göstərdi
27.08.2009 - 23:25
“Bazel” “Bakı”ya, “Tvente” “Qarabağ”a yerini göstərdi
Bu gün “Bakı” və “Qarabağ” Avropa Liqasının dördüncü təsnifat məhələsində cavab matçına çıxacaq.

Apasport.az saytı klublarımızın qitə miqyaslı turnirdə keçirdiyi hər iki qarşılaşmanın nəticəsini onlayn təqdim edəcək.

Saat 20:00-da başlanacaq “Qarabağ” – “Tvente”, həmçinin bundan 2 saat yarım sonra start götürəcək “Bazel” - “Bakı” görüşündə vurulacaq qolların müəllifləri, matçın gedişindəki maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsi ilə tanış ola bilərsiniz.

Avropa Liqası
Dördüncü təsnifat mərhələsi, cavab oyunları


22:30. “Bazel” (İsveçrə) - “Bakı” (Azərbaycan) - 5:1
QOLLAR: Almerares Federico, 32; Gelabert Marcos, 36: Aleksandr Fray, 63; Xherban Shaqiri, 74: Mustafi Orhan, 83 - Felipe Feliks Almeyda, 33
Baş hakim: Hannes Kaasik
Hakim köməkçiləri: Marko Leevand, Dmitri Vinogradov, Eyko Saar (hamısı Estoniya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Con Makbet (Şotlandiya)
İlk oyun – 3:1

“Bazel: 1.Costanzo Franko, 4.Çağdaş Atan, 6.Gelabert Marcos, 11.Çipperfild Scott, 13.Aleksandr Fray, 15.Almerares Federico, 17.Xherban Shaqiri, 19.Abraham David, 22.İnkoon Samuel, 25.Da Silva Antonio, 27.Aratore Marco

Ehtiyat oyunçular: 23.Colomba Massimo, 5.Ritter Dominic, 8.Huggel Benjamin, 9.Streller Marco, 14.Stocker Valentin, 26.Unal Daniel, 29.Mustafi Orhan

Baş məşqçi: Torsten Frink

“Bakı”: 23.Xalidu Sissoko, 15.Cəmşid Məhərrəmov, 33.Saşa Yunusoğlu, 5.Stevan Bates, 3.Rafael Əmirbəyov, 21.Aleksandr Tamaş, 12.Fernando Peres, 27.Bəxtiyar Soltanov, 77.Aleksandr Soliç, 9.Felipe Feliks, 85.Jaba

Ehtiyat oyunçular: 1.Marko Şarliya, 4.Vadim Borets, 10.Amiran Muciri, 7.Mahmud Qurbanov, 32.Aleksey Savinov, 20.Fabio Luis Ramim, 55.Georgi Adamiya

Baş məşqçi: Qyoko Hacıyevski



20. Jabanın standart vəziyyətdən gözəl zərbəsini çətinliklə dəf edir.
24. Komandamızın qapısı qarşısında təhlükəli vəziyyət yaranır. Frayın zərbəsi dəqiq olsa da, Sissoko topu asanlıqla tutur.
31. Çipperfild təxminən 27-28 metrdən qapımıza qüvvətli zərbə vurur. Top qapıdan acza aralı keçir.
32. Hesab açılır. Almerares Federico qapını dəqiq nişan alır.
33. “Bakı” tarazlığı bərpa edir. Feliks bərabərlik topunu vurur.
36. Növbəti qol. Bu dəfə Gelabert Marcos fərqlənir – 2:1
39. Komandamız hesabı bərabərləşdirə bilərdi. Ancaq Jaba topa toxuna bilmir.
42. Fray cərimə meydançası daxilində ustalıqla topu Sissokonun başı üzərindən qapıya göndərmək istəyir. Amma qapıçı yaxşı oynadı.

BİRİNCİ HİSSƏ BAŞA ÇATDI

İKİNCİ HİSSƏ

50. Komandamızın sağ cinahdan hücumu fayda vermir. əvəzində Feliks yıxılaraq yüngül zədə alır.
55. Qapımıza qarşısında təhlükəli vəziyyət yaranır. Meydan sahibləri yaxın məsafədən hesabı artıra bilmirlər.
63. “Bakı” qapısından üçüncü topu buraxır. Fray sağ cinahdan ötürülən topu asanlıqla qapıya göndərir.
70. Ramim standard vəziyyətdən qapıya güclü zərbə vurur. Qapıçı çətinliklə topu dəf edir.
72. Fernando Peresin əvəzinə meydana Amiran Muciri çıxır.
74. Çox təəssüf. Komandamız daha bir top buraxır. Xherban Shaqiri komandasının dördüncü qolunu vurur.
83. Meydan sahibləri beşinci qolu vurur. İkinci hissədə meydana çıxan Mustafi Orhan komandamızın oyuna mərkəzdən başlamağa məcbur edir.

OYUN BAŞA ÇATIR. KOMANDAMIZ AVROLİQANI DARMADAĞINLA TƏRK EDİR
------------

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya) - 0:0
Baş hakim: Aleksandru Dyakonu
Hakim köməkçiləri: Corc Adrian Vidan, Sebastyan George, Sebastyan Koltesku (hamısı Rumıniya)
Hakim-inspektor: Marton Esterhaz (Macarıstan)
UEFA nümayəndəsi: İrji Ulrix (Çexiya)
İlk oyun – 1:3

QARABAĞ: Vəliyev, Allahverdiyev, Medvedev, Həşimov, Teli, Kərimov, Sadiqov, Nadirov, İsmayılov, Məmmədov, Cavadov.

TVENTE: Bosker, Kuper, Duqlas, Vizqerxof, Brama, Tiote, Stam, Stox, Yanssen, Ruis, Nkufo

Əvvəlkilərlə müqayisədə bu dəfə “Qarabağ”ın oyununa maraq azdır. Hazırda stadiona 15 minədək azarkeş toplaşıb.
Komandalar meydana çıxır. “Qarabağ” göy, “Tvente” qırmızı geyimdədir.

1. Oyuna komandamız başlayır.
2. “Qarabağ” sağ cinahdan hücum təşkil etsə də, rəqib üçün təhlükəli olmur.
4. Oyunda ilk künc zərbəsini “Qarabağ” yerinə yetirir
6. Qonaqların ilk təhlükəli hücumu. Ancaq hakim ofsayd qeydə alır.
9. Cavadovun uzaqdan qüvvətli zərbəsini qapıçı dəf edir.
18. Medvedev sağ cinahdan 2 futbolçunu keçib qapı qarşısına ötürmə edir. Ancaq topa futbolçularımız çata bilmir.
27. Qonaqlar təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirirlər. Top canlı səddə dəyir.
29. Hollandlar hesabı açır. Amma ofsayd olduğundan top nəzərə alınmır.
32. Komandamız hesabı açmağa yaxın olur. Cavadovun zərbəsi qapı dirəyinə dəyib meydandan çıxır.

BİRİNCİ HİSSƏ BAŞA ÇATIB

İKİNCİ HİSSƏ


46. Oyuna mərkəzdən qonaqlar başlayır.
49. “Qarabağ” hesabı açmağa yaxın olsa da, son anda holland müdafiəçilər təhlükəni sovuşdurur.
50. Komandamız ardıcıl 3-cü künc zərbəsi yerinə yetirir.
55. Peresin uzaqdan zərbəsi qapı dirəyinə dəyib geri qayıdır.
56. Peres təkbaşına müdafiə xəttini yarıb qapımıza zərbə vurur. Yaxşı ki top qapının üstündən keçir.
60. Daha bir qol vəziyyəti. Əfran İsmayılov əlverişli vəziyyətdən yararlana bilmir.
72. Aslan Kərimovu Namiq Yusifov əvəzləyir.
79. Vüqar Nadirovun qapıya zərbəsini qapıçı tutur.
86. Vaqif Cavadovun hücumunun qarşısını hollandlar alır.
89. Rauf Əliyev 2-3 metrdən topu qapıya vura bilmir.

Hollandlar “Qarabağ”ın sensasiyasına son qoydular. İlk oyunda 3:1 hesablı qələbə qazanan “Tvente” növbəti mərhələyə yüksəlir. “Qarabağ” isə mübarizəni dayandırır.


0