Futbol hakimi marixuana çəkəndən 12 il sonra həbs olunub - FOTO
26.08.2009 - 16:06
Futbol hakimi marixuana çəkəndən 12 il sonra həbs olunub - FOTO
Perulu futbol hakim Georges Bakli Çilidə həbs olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb 35 yaşlı hakimin 12 il öncə marixuanadan istifadə etməsidir. Baklı 1997-ci ildə, Çilidə tələbə olduğu zaman ictimai yerdə marixuanadan yararlanıb. Çili polisi həmin vaxt onu həbs etməyib, sadəcə, onun qarşısına ölkəni təcili tərk etmək tələbi qoyub.

12 ildən sonra Georgesin yolu yenidən Çiliyə düşüb. Bu dəfə o, Sudamerikana kuboku uğrunda “Yunion Espanyol” (Çili) - “La Ekidad” (Kolumbiya) matçına baş hakim qismində təyinat alıb. Ancaq Bakli Santyaqo Hava Limanında təyyarədən düşən kimi, polis tərəfindən saxlanılıb. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları onu ölkə ərazisinə buraxmayaraq, geri qaytarıblar.

Qarşılaşmanın baş hakimi dəyişdirilib. Oyunu digər perulu hakim Viktor Uqo Karrilyo idarə edəcək.
0