Stiv Maklaren: “Qarabağ”a 2:0 uduzmaq? Bu, mümkün deyil!
26.08.2009 - 18:59
“İlk oyunda “Qarabağ” erkən qol vuraraq, bizi şoka salmışdı. Biz də sabahkı görüşün əvvəllərində fərqlənməklə, bunun cavabını vermək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Makleran bu gün keçirdiyi mətbuat konfransında deyib.
İngilis çalışdırıcı sabah Avroliqanın dördüncü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçiriləcək matçdan danışıb. O, Bakıya qələbə qazanmaq üçün gəldiklərini gizlətməyib: “Təkrar qarşılaşmada aqressiv oyun nümayiş etdirəcəyik. Bura heç də 0:0 hesablı nəticə üçün gəlməmişik. Cütün favoriti bizik. Buna görə də yenə qələbə qazanmağa çalışacağıq”.
Maklaren “Sabah “Qarabağ”ın 2:0 hesabı ilə qələbə qazanıb, növbəti mərhələyə adlaya biləcəyi barədə düşünmüsünüz” sualını gülüşlə qarşılayıb: “Qarabağ”a 2:0 uduzmaq? Bu, mümkünn deyil!”
Qeyd edək ki, “Qarabağ” – “Tvente” görüşü saat 21:00-da başlanacaq. Bu komandaların ilk oyunu hollandların 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0