“Bakı” İsveçrədə problemlə üzləşib
26.08.2009 - 23:09
Avroliqanın dördüncü təsnifat mərhələsində “Bazel”lə qarşılaşacaq “Bakı” klubu İsveçrədə problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Bazel şəhərində oyununun keçiriləcəyi arenaya gec buraxıldığından UEFA-ya şikayət etmək qərarına gəlib. Bu haqda jurnalistlərə açıqlamasında komandanın vitse-prezidenti Zeynal Məmmədov açıqlama verib. Onun sözlərinə görə, üzləşdikləri vəziyyətlə bağlı qitə futbol qurumuna rəsmi müraciət edəcəklər: “Bizi nə qarşılayan oldu, nə də stadionun qapısını göstərən. Bu səbəbdən UEFA-ya şikayət edəcəyik”.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0