Kipr yenə ÇL-in qrupunda, bizimkilər isə...
27.08.2009 - 09:40
Kipr yenə ÇL-in qrupunda, bizimkilər isə...
Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, son 5 qarşılaşmadan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Bu dəfə də sevinən tərəf meydan sahibləri olublar. Cavab matçlarını öz meydanında keçirən klublar qrup mərhələsinə vəsiqə qazanıblar. Çərşənbə axşamı keçirilən 5 “duel”də isə heç olmasa, bir kollektiv rəqib meydanında mərhələ adlaya bilmişdi.

Təsnifat mərhələsində axırıncı 5 görüşə gəlincə, İngiltərə, Almaniya və İtaliyanın daha bir təmsilçisi qrupda oynamaq hüququna yiyələnib. Yunanıstan klubu da ən güclü 32 komanda arasında yer alıb. Günün, eləcə də mərhələnin sensasiyası isə Kiprdə qeydə alınıb. Səfərdə minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan APOEL Danimarka çempionu “Kopenhagen”i Avropa Liqasının qrupuna göndərib. Ötən il Çempionlar Liqasının qrupuna düşən “Anartosis”in uğurlarını davam etdirən APOEL oyunun taleyini elə ilk hissədə həll edib.

Qeyd edək ki, Azərbaycanını bu turnirdə yeganə təmsilçisi “Bakı” üçüncü təsnifat mərhələsində Bolqarıstan “Levski”sinə uduzmuşdu (0:0; 0:2).

Çempionlar Liqası
Dördüncü təsnifat mərhələsi, ilk oyunlar


“Arsenal” (İngiltərə) – “Seltik” (Şotlandiya) - 3:1

Eduardo, 28-pen; Ebua, 53; Arşavin, 74 - Donati, 90
İlk oyun - 2:0

“Ştutqart” (Almaniya) – “Politexnika” (Timişoara, Rumıniya) - 0:0
İlk oyun - 2:0

“Fiorentina” (İtaliya) – “Sportinq” (Portuqaliya) - 1:1

Yovetiç, 55 - Moutinyo, 35
İlk oyun - 2:2

“Olimpiakos” (Yunanıstan) – “Şerif” (Moldova) - 1:0

Mitroqlu, 82
İlk oyun - 2:0

APOEL (Kipr) – “Kopenhagen” (Danimarka) - 3:1

Kosovski, 2, Maykl, 18-pen.; 41 - Ndoye, 22
İlk oyun - 0:1
0