Azarkeşlər ekran başına: hər iki oyun canlı yayımlanacaq!
27.08.2009 - 09:52
Azarkeşlər ekran başına: hər iki oyun canlı yayımlanacaq!
“Bakı” və “Qarabağ” klublarının Avroliqanın dördüncü təsnifat mərhələsində keçirəcəkləri qarşılaşmalar televiziya vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, hər iki matça AzTV və “İdman-Azərbaycan” telekanalları vasitəsilə baxmaq olacaq. Öncə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Tvente” görüşünün yayımı başlayacaq. Saat 22:30-da isə bütün diqqətlər İsveçrənin Bazel şəhərinə yönələcək. “Bakı” “Sent Yakob Park” stadionunda bu şəhərin eyniadlı komandasını sınağa çəkəcək.

Qeyd edək ki, həm “Bakı”, həm də “Qarabağ” ilk oyunda 1:3 hesablı məğlubiyyətlə üzləşib.
0