Azərbaycan yığması Lənkəranda açıq məşq edəcək
27.08.2009 - 10:23
Azərbaycan milli komandasının açıq məşqi olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə keçiriləcək matç ərəfəsində yığmamız açıq məşq keçirəcək. Sentyabrın 5-də Lənkəran şəhər stadionunda Finlandiya ilə qarşılaşacaq millimiz bu matçdan 2 gün əvvəl mətbuat nümayəndələrinin qarşısında hazırlaşacaq. Sentyabrın 3-də oyunun keçiriləcəyi stadionda baş tutacaq açıq məşq saat 10:30-da başlanacaq.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0