18 ölkə, 4 səbət və 8 debütant
27.08.2009 - 10:31
18 ölkə, 4 səbət və 8 debütant
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin püşkü Monakoda atılacaq.

Bakı vaxtı ilə saat 20:45-də başlayacaq tədbir ərəfəsində artıq iştirakçılar 4 səbətə bölünüb. Ən güclülərin sırasında İngiltərənin 4, İspaniyanın 2, İtaliya və Almaniyanın hərəyə 1 təmsilçisi var. Ümumilikdə isə bu il qrup mərhələsində 18 ölkənin klubları mübarizə aparacaq. 32 iştirakçıdan 8-i tarixində ilk dəfə Çempionlar Liqasının qrup turnirində çıxış edəcək.

Belə ki, “Volfsburq”, “Rubin”, “Alkmaar”, “Debretsen”, APOEL, “Unirea”, “Sürix”, “Standard” bu mərhələnin debütantıdır.

1-ci səbət: "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Liverpul" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Sevilya" (İspaniya), "Bavariya" (Almaniya).

2-ci səbət: "Lion" (Fransa), "İnter" (İtaliya), "Real" (İspaniya), MOİK (Rusiya), "Porto" (Portuqaliya), "Alkmaar" (Hollandiya), "Yuventus" (İtaliya), "Qlazqo Reyncers" (Şotlandiya).

3-cü səbət: "Olimpiakos" (Yunanıstan), "Marsel" (Fransa), "Dinamo" (Ukrayna), "Ştutqart" (Almaniya), "Fiorentina" (İtaliya), "Atletiko" (İspaniya), "Bordo" (Fransa), "Beşiktaş" (Turkiyə).

4-cü səbət: "Volfsburq" (Almaniya), "Standard" (Belçika), "Makkabi" (Hayfa, İsrail), "Sürix" (İsveçrə), "Rubin" (Rusiya), "Unirea" (Rumıniya), APOEL (Kipr), "Debretsen" (Macarıstan).
0