Dünya və Avropa çempionu Lənkəranda sorğu-sual olunacaq
27.08.2009 - 10:58
Dünya və Avropa çempionu Lənkəranda sorğu-sual olunacaq
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 63 yaşlı mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya yığması ilə keçiriləcək matç ərəfəsində jurnalistlər önünə çıxacaq. Futbolçu kimi dünya və Avropa, baş məşqçi kimi qitə çempionu olan Foqtsun mətbuat konfransı oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda baş tutacaq. Tədbir sentyabrın 3-də saat 12:00-da başlayacaq.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan – Finlandiya oyunu saat 20:00-da başlayacaq.
0