“Bazel” – “Bakı” matçında gözlənilməz hadisə baş verə bilər”
27.08.2009 - 11:10
“Bazel” – “Bakı” matçında gözlənilməz hadisə baş verə bilər”
“Bakı” ilə oyun bizim üçün çox vacibdir. İlk görüşdə 3:1 hesabı ilə qalib gəlsək də, cavab matçına çox ciddi yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının dördüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Bakı” ilə cavab oyununda qələbə haqqında düşünür. Fink matç ərəfəsində baş tutan mətbuat konfransında görüşün vacibliyini vurğulayıb: “Ehtiyatlı olmalıyıq. Çünki hər an gözlənilməz hadisə baş verə bilər. Nəticə ilə yanaşı, futbolçularımız gözəl oyun nümayiş etdirməlidir. Buna borcluyuq. Ən azı azarkeşlərimizə görə. İsveçrə çempionatında uğursuz start götürdüyümüzdən onlar tribunada əyləşməkdən beziblər. Bunun nəticəsidir ki, “Bakı” ilə matça cəmi 6 min bilet sata bilmişik”.
0