Subaşiç və yoldaşları lideri məğlub etdi
27.08.2009 - 12:06
Subaşiç və yoldaşları lideri məğlub etdi
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun çıxış etdiyi “Çançun Yatay” ölkə çempionatının 19-cu turunda “Şandun” klubu ilə qarşılaşıb. Yarışın lideri ilə öz meydanında görüşən Subaşiçin komandası 4 oyunluq qələbə həsrətinə son qoyub. Meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Branimir yalnız 88-ci dəqiqəsində meydana daxil olub. Bu qələbədən sonra xal hesabını 29-a çatdıran “Çançun Yatay” məğlubiyyətə baxmayaraq, liderliyini qoruya bilən “Şandun”dan 3 xal geri qalır. Subaşiç və komandası növbəti matçını avqustun 30-da səfərdə “Şensi”yə qarşı keçirəcək.
0