Yoahim Löv Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqladı
27.08.2009 - 15:16
Yoahim Löv Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqladı
Sentyabrın 5-də Liverkuzen şəhərində CAR yığması ilə yoldaşlıq oyunu keçirəcək Almaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmin oyundan 4 gün sonra Azərbaycanla üz-üzə gələcək Bundestimin baş məşqçisi Yoahim Löv yığmaya bu futbolçuları çağırıb.

Qapıçılar: Rene Adler (“Bayer”), Robert Enke (“Hannover”), Manuel Noyer (“Şalke”)

Müdafiəçilər: Andreas Bek (“Hoffenhaym”), Arne Fridrix (“Herta”), Filipp Lam (“Bavariya”), Per Mertezaker (“Verder”), Marsel Şafer (“Volfsburq”), Sərdar Taşcı (“Ştutqart”), Heyko Vestermann (“Şalke”)

Yarımmüdafiəçilər: Mixael Ballak (“Çelsi”, İngiltərə), Kristian Gentner (“Volfsburq”), Tomas Hitslperger, Sami Kedira (hər ikisi “Ştutqart”), Marko Marin, Məsut Özil (hər ikisi “Verder”), Simon Rolfes (“Bayer”), Bastian Şvaynştayger (“Bavariya”), Pyotr Troxovski (“Hamburq”)

Hücumçular: Kakau (“Ştutqart”), Mario Qomez, Miroslav Kloze (hər ikisi “Bavariya”), Lukas Podolski (“Köln”)
0