Stiv Maklaren: Biz “Qarabağ”a qol vurmaq üçün şansı yaratdıq, amma...
27.08.2009 - 21:34
Stiv Maklaren: Biz “Qarabağ”a qol vurmaq üçün şansı yaratdıq, amma...
“Birinci hissədə yaxşı oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren deyib.
Avroliqanın dördüncü təsnifat mərhələsində Bakıda “Qarabağ”la 0:0 hesablı heç-heçədən sonra təşkil olunan mətbuat konfransında ingilis çalışdırıcı bildirib ki, rəqibin hesabı açmaq üçün xeyli imkanı olub: “Sizə qol vurmaq lazım idi, biz də bu şansı yaratdıq. Amma bundan yararlana bilmədiniz. İkinci hissədə oyunumuz dəyişdik. 22 nömrəli futbolçunuz (Əfran İsmayılov – red) çox yaxşı vəziyyətdən hesabı aça bilərdi. Amma bu epizodda bəxtimiz gətirdi”.

Maklaren deyib ki, məqsədlərinə çatıblar: “Qrupa düşmək istəyirdik ki, buna da nail olduq. Oyundan razı deyiləm. Bu oyunla biz çox uzağa gedə bilmərik. Amma siz komandanızla fəxr edə bilərsiniz. Onlar yaxşı futbol oynadılar”
0