Qyoko Hacıyevski: Mən məşqçi karyeramda hələ belə şey görməmişdim
28.08.2009 - 00:04
Qyoko Hacıyevski: Mən məşqçi karyeramda hələ belə şey görməmişdim
“Rəqibin qapımızdan keçirdiyi beşinci top, qaydalar çərçivəsində, FAİR PLAY qaydalarına uyğun vurulmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski avroliqanın dördüncü təsnifat mərhələsinin “Bazel”lə cavab matçından sonra deyib.

Makedoniyalı mütəxəssis komandasının 1:5 hesablı biabırçı məğlubiyyətini belə şərh edib: “Öncə qrup mərhələsinə yüksəldiyi üçün rəqibi təbrik edirəm. Onlar qələbə qazansalar da, hesabın belə olacağını gözləmirdim. Biz oyuna çox pis başladıq. Xeyli səhvlər buraxdıq. Komandamız oyuna nəzarət edə bilmirdi”.

O, bildirib ki, karyerası boyunca bu hesabla uduzmayıb: “Nəticəyə görə təəssüflənirəm. Məşqçi karyeramda bu hesabla məğlub olmamışdım”.
0