“Qarabağ”dan bir futbolçu yığmada
28.08.2009 - 10:07
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıda keçirilən təlim-məşq toplanışına daha bir futbolçu dəvət edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov yığmaya çağırılıb. Gənc oyunçu dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəranda Finlandiyaya qarşı keçiriləcək matçın hazırlıq prosesinə qatılıb.
Qeyd edək ki, Foqts təlim-məşq toplanışına Avroliqada yarışan “Bakı” və “Qarabağ” klublarından heç bir futbolçuya dəvət göndərməmişdi.
Qeyd edək ki, Foqts təlim-məşq toplanışına Avroliqada yarışan “Bakı” və “Qarabağ” klublarından heç bir futbolçuya dəvət göndərməmişdi.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0