“Bəyəm “Bakı” “Bazel”ə qarşı qapıçısız oynayırdı?”
28.08.2009 - 10:18
“Bəyəm “Bakı” “Bazel”ə qarşı qapıçısız oynayırdı?”
Avropa Liqasının dördüncü təsnifat mərhələsində İsveçrədə “Bazel”ə uduzan (1:5) “Bakı” rəqibi ilə eyni adlı şəhərdə bayrama səbəb olub. Apasport.az saytının məlumatına görə, “Sent Yakob Park” stadionunda keçirilən oyundan dərhal sonra yerli azarkeşlər qələbəni bayram etməyə başlayıb. Minlərlə azarkeşin sevinc dolu sədalarına şəhər əhli də biganə qalmayıb. Lakin onlar arasında təəccüblənənlər də olub. Məsələn, türk əsilli taksi sürücüsü “Bakı”nın 5 qolu necə buraxmağını anlamaqda çətinlik çəkib. O, təmsilçimizin seneqallı qapıçısı Xalidu Sissokonun meydanda olub-olmasına şübhə edir: “Sizin qapıda heç kim dayanmamışdı ki? Əgər dayanmışdısa, niyə bu qədər qol buraxdınız?”

Extratime.az
0