Torsten Fink: Beşinci qolu vurmasaydıq, nə olardı ki?
28.08.2009 - 10:54
“Komandam layiq olduğu qələbəni qazandı. Çünki biz daha yaxşı oynayırdıq. Kifayət qədər qol imkanları yaratdıq, müdafiədə etibarlı oynadıq və qrup turnirinə çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink deyib.
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin cavab matçında “Bakı” üzərində 5:1 hesablı qələbədən sonra almaniyalı mütəxəssis məmnunluğunu gizlətməyib: “Belə oyundan sonra futbolçularımdan nə narazılığım ola bilər ki? Düzdür, beşinci qolu “Fair Play” qaydalarından kənar vurduq. Lakin oyunçularım həmin epizodu görmədiyindən hücumu davam etdirirdi. Lakin bu qol olmasaydı belə, heç nə dəyişməyəcəkdi”.

- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0