“Qalatasaray”a Avroliqada prinsipial rəqib
28.08.2009 - 15:54
“Qalatasaray”a Avroliqada prinsipial rəqib
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində qələbə iddiasında olanlar rəqiblərinin adlarını bilib.

Azərbaycan təmsilçilərinin çıxış etmədiyi yarışların əsas mərhələsində hər birində 4 iştirakçı olmaqla, 12 qrupa bölünən komandalar 2 dövrədə mübarizə aparacaq. Öz qruplarında ilk 2 yeri tutanların vəsiqə qazandığı 1/16 finala daha 8 iştirakçısı Çempionlar Liqasının qruplarında üçüncü yerin sahibləri olacaq.

Türkiyə təmsilçilərindən “Qalatasaray” və “Fənərbaxça”da öz rəqiblərinin adlarını bilib. Qitə ortababları ilə bir qrupa düşən “Cim-Bom” Avstriya “Şturm”u, Rumıniya “Dinamo”su ilə yanaşı, prinsipial rəqib yunan “Panatinaikos”unu da keçməlidir.

“Fənərbaxça” isə “Qarabağ”ın qisasını almağa çalışacaq. İstanbullular Azərbaycan kubokunun son qalibini Avropa Liqasına buraxmayan Hollandiya “Tvente”sinin əsl gücünə aydınlıq gətirəcək. Türkiyəlilərin digər rəqibləri isə ötən il “Qalatasaray”ı Çempionlar Liqasından kənarlaşdıran Rumıniya “Styaua” və Moldova futbolunda tarix yazaraq, ilk dəfə qrupa vəsiqə qazanan “Şerif”dir.

Digər təmsilçimiz “Bakı”nı Avropa Liqasından kənarlaşdıran “Bazel” isə daha güclü qrupda mübarizə aparacaq. İsveçrəlilər təsnifat mərhələsindəki hər rəqibinə oyunların birində 7 qol vuran İtaliya “Roma”sı və İngiltərə “Fulhem”i düşüb. Bakının “Neftçi” klubunun sabiq yarımmüdafiəçisi Svetoslav Stefanovun yer aldığı Bolqarıstan MOİK-i də bu klublarla mübarizə aparacaq. “Bakı”nın digər qənimi “Levski” də Romaya yollanacaq. Lakin onların rəqibi İtaliya “Latsio”su, həmçinin “Vilyarreal” və “Zalsburq”dur.

A qrupu
"Ayaks" (Hollandiya)
"Anderlext" (Belçika)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Politexnika" (Rumıniya)

B qrupu
"Valensiya" (İspaniya)
"Lill" (Fransa)
"Slaviya" (Çexiya)
"Cenoa" (İtaliya)

C qrupu
"Hamburq" (Almaniya)
"Seltik" (Şotlandiya)
"Hapoel" (Təl-Əviv, İsrail)
"Rapid" (Avstriya)

D qrupu
"Sportinq" (Portuqaliya)
"Herenven" (Hollandiya)
"Herta" (Almaniya)
"Ventspils" (Latviya)

E qrupu
"Roma" (İtaliya)
"Bazel" (İsveçrə)
"Fulhem" (İngiltərə)
MOİK (Sofiya, Bolqarıstan)

F qrupu
"Panatinaikos" (Yunanıstan)
"Qalatasaray" (Turkiyə)
"Dinamo" (Buxarest, Rumıniya)
"Şturm" (Avstriya)

G qrupu
"Vilyarreal" (İspaniya)
"Latsio" (İtaliya)
"Levski" (Bolqarıstan)
"Zalsburq" (Avstriya)

H qrupu
"Styaua" (Rumıniya)
"Fənərbaxça" (Turkiyə)
"Tvente" (Hollandiya)
"Şerif" (Moldova)

I qrupu
"Benfika" (Portuqaliya)
"Everton" (İngiltərə)
AEK (Yunanıstan)
BATE (Belarus)

K qrupu
PSV (Hollandiya)
"Kopenhagen" (Danimarka)
"Sparta" (Çexiya)
ÇFR (Rumıniya)

J qrupu
"Şaxtyor" (Ukrayna)
"Brügge" (Belçika)
"Partizan" (Serbiya)
"Tuluza" (Fransa)

L qrupu
"Verder" (Almaniya)
"Austriya" (Avstriya)
"Atletik" (İspaniya)
"Nasional" (Portuqaliya)

Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları sentyabrın 17-də keçiriləcək.
0