Azərbaycan Avropada 38-ci oldu
28.08.2009 - 11:46
Azərbaycan Avropada 38-ci oldu
UEFA-nın növbəti klub reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, quruma daxil olan 53 ölkədən 26-sı qitə kuboklarında mübarizəni dayandırdığından onların mövsüm üçün yekun xalı məlum olub. “Bakı” və “Qarabağ”ın qələbəyə həsrət qaldığı Avropa Liqasının dördüncü təsnifat mərhələsi Azərbaycan təmsilçiləri üçün də mövsümün sonu olub. Ağdamlıların Hollandiya “Tvente”si ilə Bakıdakı heç-heçəsi Azərbaycanın daha bir pillə irəliləyərək 38-ci sıraya qalxmasına kifayət edib.
Qeyd edək ki, bir il əvvəl Azərbaycan Avropada 41-ci, iki il əvvəl isə 42-ci idi.

Avropanın ən zəif 20 ölkəsi
... 34. Sloveniya – 6,957
35. Macarıstan 6,750 (1 komandası qalıb)
36. Moldova 6,290 (1 komandası qalıb)
37. Gürcüstan 5,748
38. Azərbaycan 5,496
39. İslandiya 5,415
40. Makedoniya 5,332
41. Lixtenşteyn 4,500
42. Qazaxıstan 4,499
43. Estoniya 4,374
44. Albaniya – 3,999
45. Ermənistan – 2,999
46. Uels – 2,581
47. Çernoqoriya – 2,125
48. Farer adaları – 1,832
49. Şimali İrlandiya – 1,624
50. Lüksemburq – 1,249
51. Andorra – 1,000
52. Malta – 0,916
53 San Marino – 0,750
0