Avrokuboklarda ümidimiz: FBR
28.08.2009 - 12:04
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin cavab oyunları daha iki rekordla əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Bakı” klubu bir mövsüm ərzində qitə kuboklarında vurduğu qolların sayını 8-ə çatdırmaqla, yeni Azərbaycan rekordu müəyyənləşdirdi. Bu qolların yarısına imza atan Feliks Felipe Almeydanın İsveçrədə “Bazel”ə vurduğu top həm də fərdi rekordla əlamətdar oldu.
Belə ki, braziliyalı bir mövsümə 4 qol vuran ilk təmsilçimiz olub. Feliks bu qolla Azərbaycan klublarının avrokuboklar tarixindəki ən yaxşı bombardirlərinə çatıb. Cənubi amerikalı ona qədər 4 dəfə qitə miqyaslı turnirlərdə qol sevinci yaşamış Badri Kvaratsxeliya və Rəşad Sadıqovun nəticəsini təkrarlayıb. Ümumilikdə, 12 qol vuran “FBR” (Feliks, Badri, Rəşad) ayrı-ayrı vaxtlarda klublarımızı arxasınca daşıyıb. Braziliyalı “Bakı”nı, Badri “Şəmkir”, Rəşad isə “Neftçi”ylə “Qarabağ”ı qolları ilə irəli aparıb.

- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0