UEFA Lionel Messini qitənin ən yaxşı futbolçusu seçdi
28.08.2009 - 12:20
UEFA Lionel Messini qitənin ən yaxşı futbolçusu seçdi
Argentina yığmasının və “Barselona”nın şərəfini qoruyan Lionel Messi UEFA miqyaslı yarışların 2008/09 mövsümünün ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı oyunçuya mükafat Monakoda təşkil olunan Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində verilib.

Eyni zamanda, 4 mövqe üzrə ən yaxşı futbolçuların adları açıqlanıb. “Mançester Yunayted”li Edvin van der Sar ən yaxşı qapıçı olub. O, Viktor Valdes (“Barselona”) və Petr Çexi (“Çelsi”) üstələyib.

Ən yaxşı müdafiəçi nominasiyasında “Çelsi”dən Con Terri fərqlənib. Terri Nemanya Vidiç (“Mançester Yunayted”) və Cerard Pikeni (“Barselona”) qabaqlayıb. Yarımmüdafiəçilər arasında isə “Barselona”lı Xavi ən yaxşı adına layiq görülüb. Bu ada daha iki namizəd - Andres İnyesta (“Barselona”) və Stiven Cerrard (“Liverpul”) olub.

Ötən mövsümün ən yaxşı hücumçusu isə Lionel Messidir. O, keçmiş həmklubu Samuel Eto’O və “Mançester Yunayted”dən “Real”a transfer olunmuş Kriştianu Ronaldonu geridə qoyub.
0