Rəşad Sadıqov yığmadan da kənarda qaldı
28.08.2009 - 12:30
Rəşad Sadıqov yığmadan da kənarda qaldı
Dünya çempionatının seçmə mərhələsinin sentyabrında keçiriləcək oyunlarına hazırlaşan Azərbaycan milli komandasının heyətində dəyişikliklər edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, toplanışın arxada qalan hissəsində 21 futbolçuya şans verən Berti Foqts daha 10 oyunçunu heyətə cəlb edib. Avropa Liqasında çıxışlarını dayandıran “Bakı” və “Qarabağ”ı təmsil edən bu futbolçular Bakıda hazırlıq keçən yığmaya qatılıb. Millinin zədəli olan kapitanı Rəşad Sadıqov isə sentyabrın 5-də Finlandiya, 9-da Almaniya ilə matçlara çağırılan heyətdə yer almayıb.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”), Elçin Sadıqov (“Neftçi”).

Müdafiəçilər: Samir Abbasov, Mahir Şükürov, Vladimir Levin (hamısı “İnter”), Tural Nərimanov, Rail Məlikov, Ruslan Abışov (hamısı “Neftçi”), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi “Olimpik-Şüvəlan”), Ernani Pereyra (“Karvan”), Elnur Allahverdiyev (“Qarabağ”), Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov (hər ikisi “Bakı”).

Yarımmüdafiəçilər: Cavid Hüseynov, Aleksandr Çertoqanov, Şəhriyar Rəhimov (hamısı “İnter”), Araz Abdullayev (“Neftçi”), Cavid İmamverdiyev (“”Karvan), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Tural Cəlilov (“Simurq”), Fabio Luis Ramim (“Bakı”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”).

Hücumçu: Daniel Axtyamov (“Simurq”), Bəxtiyar Soltanov (“Bakı”), Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”).
0