“Qarabağ” 3, “Bakı” 2, “Kəpəz” 2...
28.08.2009 - 14:30
“Qarabağ” 3, “Bakı” 2, “Kəpəz” 2...
Azərbaycan klubları avrokuboklar tarixində 12-ci dəfə 2 oyunun ümumi hesabında 6 və daha çox top fərqi ilə uduzub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının dördüncü təsnifat mərhələsinin cavab oyununda İsveçrədə “Bazel”ə 1:5 hesabı ilə uduzan “Bakı” ümumi nəticədə 2:8-ə üzülüb. Bu 2 oyuna əsasən, ikiqat böyük hesabın qeydə alındığı 12-ci dueldir.

Ən çox belə məğlubiyyətlər alan komanda “Qarabağ”dır. Ağdamlılar 3 dəfə rəqib qarşısında aşkar aciz olub. “Kəpəz” isə 2 dəfə bu acınacaqlı nəticəni yaşayıb. “Dinamo” dönəmini də nəzərə almaqla, “Bakı”da gəncəlilərə çatdı. Digər 5 klub isə 1 dəfə belə nəticə ilə üzləşib.

Qeyd edək ki, klublarımız belə uduzmurdu. Sonuncu dəfə 2001-ci ildə “Şəfa” Sloveniya təmsilçisinə 7 top fərqi ilə məğlub olmuşdu.

mövsüm

turnir

Azərbaycan təmsilçisi

Rəqib komanda

Ümumi hesab

hesablar

1998/99

Kuboklar kuboku

“Qarabağ”

“Kopenhagen” (Danimarka)

0:10

0:6, 0:4

1997/98

Çempionlar Liqası

“Neftçi”

“Vidzev” (Polşa)

0:10

0:2, 0:8

1996/97

UEFA kuboku

“Xəzri”

“Qutnik” (Polşa)

2:11

0:9, 2:2

1999/2000

İntertoto kuboku

“Qarabağ”

“Monpelye” (Fransa)

0:9

0:3, 0:6

1995/96

UEFA kuboku

“Kəpəz”

“Austriya” (Avstriya)

1:9

0:4, 1:5

1997/98

UEFA kuboku

“Qarabağ”

“Yablonets” (Çexiya)

0:8

0:5, 0:3

2001/02

UEFA kuboku

“Şəfa”

“Olimpiya” (Sloveniya)

0:7

0:4, 0:3

2000/01

UEFA kuboku

“Kəpəz”

“Antalyaspor” (Türkiyə)

0:7

0:2, 0:5

1994/95

UEFA kuboku

“Turan”

“Fənərbaxça” (Türkiyə)

0:7

0:5, 0:2

2009/10

Avropa Liqası

“Bakı”

“Bazel” (İsveçrə)

2:8

1:3, 1:5

2000/01

İntertoto kuboku

“Viləş ”

“Zaqlebiye” (Polşa)

1:7

0:4, 1:3

1998/99

UEFA kuboku

“Dinamo”

“Arceş” (Rumıniya)

1:7

1:5, 0:2

0