Azərbaycan – Belarus oyununun hakimləri məlum oldu
28.08.2009 - 16:51
Azərbaycanın gənclərdən ibarət milli komandasının oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Belarusla Bakıda keçiriləcək qarşılaşması slovakiyalı hakimlərə tapşırılıb. Sentyabrın 9-da baş tutacaq oyunun baş hakimi Mario Vlk olacaq. Ona həmyerliləri Tomas Somolani və Peter Xladek kömək edəcək. Görüşün dördüncü hakimi funksiyasını Pavol Xmura icra edəcək.Bu matçın rusiyalı hakim-inspektoru və UEFA nümayəndəsi Nikolay Levnikov olacaq.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0