Əsgər Abdullayev futbolçuları necə cəzalandırır?
28.08.2009 - 17:15
Əsgər Abdullayev futbolçuları necə cəzalandırır?
"Karvan"la oyundan sonra istirahətə buraxılan "Olimpik-Şüvəlan" məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, futbolçuları bir araya yığan baş məşqçi Əsgər Abdullayev məşqdən əvvəl iclas keçirməyi məqsədəuyğun sayıb. O, yetirmələrinin problemləri ilə maraqlandıqdan sonra qarşıya qoyulan vəzifələrdən danışıb. Komandanı ağır oyunların gözlədiyini bildirən Abdullayev futbolçulara xəbərdarlıq edib: "Biz yaranan fasilədən səmərəli istifadə etməliyik. Çünki növbəti turlarda güclü rəqiblərlə qarşılaşacağıq. Hər bir futbolçu ciddi hazırlaşmalı və məşqçilərin tələblərini dərhal yerinə yetirməlidir. Nizam-intizama və gün rejiminə əməl etməyənlər ciddi cəzalanacaqlar. Komandanın geyim formasını pozan, məşqlərə gecikən və məşq üçün lazımi inventara malik olmayan futbolçular haqda ciddi ölçü götürüləcək".
0